Xaçmaz rayonunda güclü külək əsir: 45-dən çox kənddə işıq sönüb – VİDEO

Hazırda oxunan: Xaçmaz rayonunda güclü külək əsir: 45-dən çox kənddə işıq sönüb – VİDEO

635244

Xaçmaz rayonunda güclü küləyin əsməsi nəticəsində rayonun 10 icra nümayəndəliyinin əhatə etdiyi 45-dən çox kənddə işıq sönüb. Əksər kəndlərdə enerji sistemində  qəzalar qeydə alınıb, bəzi kəndlərdə isə təhlükəsizlik  məqsədilə işıqlar söndürülüb.

Məlumatı Bizim.Media-ya verən Xaçmaz icra hakimiyyəti başçısının 1-ci müavini Anar Oruclu bildirib ki, bəzi ərazilərdə külək ağacları aşırıb.

Saat 14-dən 16-dək güclü leysan yağacağı barədə rəsmi telefonoqramma gəlib. Rayonda vəziyyətə ciddi nəzarət olunur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin