Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Hazırda oxunan: Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

633838

“Soulm8t” filmi süni intellektlə yaradılmış ideal qadın avatarın və onunla münasibət qurmağa başlayan kişi proqramçının hekayəsindən bəhs edir.

Bizim.Media xəbər verir ki, rejissor Keyt Dolanın ekran işində texnologiyanın inkişafı, kişi tənhalığı, patriarxal baxışlar və insanın süni intellektlə emosional bağ qurması ironik şəkildə təqdim olunur.
 

Filmin baş qəhrəmanı Devid həyat yoldaşını itirdikdən sonra süni intellektlə ünsiyyət qurmağa başlayır və daha sonra öz zövqünə uyğun hazırlanmış Sara adlı humanoid avatarı evinə gətirir. Lakin Devid avatarın proqramına müdaxilə edərək ona tənqid etmək, etiraz etmək və öz fikrini bildirmək imkanları verir.


Başlanğıcda ideal görünən münasibət sonradan nəzarətdən çıxır. Film texnologiyanın təhlükələrindən daha çox insanın öz kompleksləri, tənhalığı və ideal münasibət axtarışını ön plana çıxarır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin