Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Hazırda oxunan: Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

633801

ABŞ prezidenti Donald Tramp Kanadaya süni intellekt vasitəsilə hazırlanmış video ilə cavab verib. Videoda Tramp “Ontario gölü” yazılmış böyük lövhəni sökərək onun yerinə “Amerika gölü” yazılmış lövhə quraşdırır.

Bizim.Media xəbər verir ki, video Kanadanın Ontario əyalətində “Ontario gölü. İndi və həmişə” yazılmış nəhəng lövhənin quraşdırılmasından sonra yayılıb.

Bu addım Kanada hakimiyyətinin Trampın ABŞ-ın federal qurumlarına Ontario gölünü “Amerika gölü” adlandırmağı tapşıran fərmanına cavabı olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin