Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Hazırda oxunan: Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

633794

Venesuelanın müvəqqəti prezidenti Delcy Rodriges ABŞ-la ölkəsi arasında enerji sahəsində bağlanan sazişin 25 il müddətində qüvvədə olacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Rodriges dövlət televiziyasında çıxışı zamanı bildirib ki, ikitərəfli layihə 17 strateji neft yatağının işlənməsini və gündəlik 1,5 milyon bareldən çox neft hasilatını nəzərdə tutur.

Onun sözlərinə görə, gündəlik 1,5 milyon barel göstəricisi ilkin hədəfdir. Daha sonra daha 8 neft blokunun işlənməsi planlaşdırılır.
 

Rodrigesin hesablamalarına görə, neftin bir barelinin qiyməti 65 dollar olduğu təqdirdə layihənin həyata keçirilməsi Venesuelaya 209 milyard dollar gəlir gətirə bilər. Onun sözlərinə görə, hasil edilərək satılan hər bareldən 19 dollar birbaşa Venesuela büdcəsinə daxil olacaq.


Müvəqqəti prezident vurğulayıb ki, Venesuela təbii ehtiyatları üzərində suverenliyini və nəzarətini qoruyacaq. Eyni zamanda ölkə sanksiyalardan ciddi zərər çəkmiş neft sektorunun modernləşdirilməsi üçün kapital, texnologiya və yeni biliklər əldə edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin