Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Hazırda oxunan: Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

633793

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə yüksəlib. Çində isə azı 16 nəfərin öldüyü bildirilir.

Bizim.Media xəbər verir ki, Nepalın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, ölkədə 2 498 nəfər itkin düşmüş hesab olunur. Çinlə birlikdə itkinlərin ümumi sayı 3 mindən çoxdur.
 

Xilasetmə işləri davam edir. Nepalda Trishuli çayı üzərindəki su elektrik stansiyasının tunelində sağ qalanların axtarışı aparılır. Xilasedicilər tunelə hava vurur və içəriyə xilasetmə qruplarının daxil olması üçün deşik açmağı planlaşdırırlar. İlkin məlumatlara görə, artıq 361 işçi xilas edilib.


Eyni zamanda Nepal hakimiyyəti Çin sərhədi yaxınlığındakı Bhote-Koshi çayında suyun səviyyəsinin artması barədə xəbərdarlıq edib. Bu isə yeni daşqın təhlükəsi yaradır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin