Qadını vurub hadisə yerindən qaçan yeniyetmə SAXLANILIB – VİDEO

Hazırda oxunan: Qadını vurub hadisə yerindən qaçan yeniyetmə SAXLANILIB – VİDEO

633552

Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb. 
 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib. 


Faktla bağlı istintaq araşdırmaları aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin