Türkiyədə televiziya proqramlarından birində çıxış edən professor Oytun Erbaşın soyuq qarpızla bağlı açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Erbaş isti havalarda xüsusilə yaşlı insanların çox soyuq qidalar qəbul etməsinə diqqət etməli olduqlarını bildirib.
Onun sözlərinə görə, həddindən artıq soyuq qidalar bəzi insanlarda mədə-bağırsaq problemlərinə və ishala səbəb ola bilər.
Professor yaşlı insanların ishal zamanı yaranan maye və elektrolit itkisini gənclər qədər asan kompensasiya edə bilmədiklərini vurğulayıb. Bu səbəbdən xüsusilə yüksək temperatur şəraitində susuzlaşmanın ciddi risk yarada biləcəyini qeyd edib.
Erbaş uşaqlar və xroniki xəstəlikləri olan şəxslərin də isti havalarda qidalanmalarına diqqət etmələrinin vacibliyini söyləyib. O, diabet xəstələrinin isə qarpızı həddindən artıq miqdarda istehlak etməməli olduğunu bildirib.

Qeyd edək ki, mütəxəssislər qarpızın yüksək su tərkibinə malik olduğunu, lakin diabet və digər xroniki xəstəlikləri olan şəxslərin porsiya miqdarına diqqət etməli olduqlarını bildirirlər. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Multimedia
17:21 / 28.08.2026
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
Hazırda oxunan: Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
Hazırda oxunan: Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
633550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































