Ukrayna dronlar vasitəsilə "Slavneft-YANOS" Yaroslavl neft emalı zavoduna (NEZ) zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın informasiya portalları məlumat yayıb.
Qeyd olunub ki, bu, ildə təxminən 15 milyon ton neft emalı gücünə malik olan Rusiyanın ən böyük NEZ-lərindən biridir.
Zavod benzin, dizel və aviasiya yanacağı, eləcə də digər neft məhsulları istehsal edir.
Bizim.Media







































































































