İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Hazırda oxunan: İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

633060

İsrail Milli Xəbərlərinin məlumatına görə, İsrail polisinin xüsusi təyinatlı qüvvələri Or Akiva şəhərindən olan iş adamı Yanis Yuşvayevin qətlində şübhəli bilinən bir neçə nəfəri İsrailin şimalındakı Hadera şəhərində saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Israel National News" məlumat yayıb.

Nəşr qeyd edir ki, Hadera şəhərindəki əməliyyatı polisin "Yamam" xüsusi təyinatlı bölməsinin döyüşçüləri həyata keçirib.

Polis rəsmiləri əlavə ediblər ki, saxlanılan şəxslər dindirilmək və növbəti istintaq hərəkətlərinin aparılması üçün polis idarəsinə gətiriliblər.
 

Qeyd edək ki, İsraildəki "Qafqaz mafiyası"nın başçısı Yanis Yuşvayevin Keysariya şəhərindəki kafelərdən birinin yaxınlığında güllələndiyi bildirilmişdi. Muzdlu qatil dəstə rəhbərinə demək olar ki, yaxın məsafədən atəş açıb və hadisə yerindən qaçıb.


Yuşvayev ən nüfuzlu və təhlükəli cinayətkarlardan biri hesab olunurmuş, lakin çoxsaylı saxlanılma hallarına baxmayaraq, ona qarşı heç vaxt rəsmi ittiham irəli sürülməmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin