Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Hazırda oxunan: Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

633058

Güclü yağışlardan sonra Bakı və Abşeronda subasma riski olan ərazilərdə evlərə maraq azalıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, ekspertlərin məlumatına görə həmin ərazilərdə evlərin qiyməti yarıbayarı ucuzlaşsa da, alıcıların sayı kəskin şəkildə aşağı düşüb. Havalar isti olsa da, bu vəziyyət hələ də davam edir.

Ekspertlər qeyd edirlər ki, vətəndaşlar ev alarkən yalnız qiymətə deyil, ərazinin infrastrukturuna və subasma riskinə də diqqət etməlidirlər.
 

Ekspertlərin sözlərinə görə, son zamanlar subasma riski ilə əlaqədar kürsülü evlərə isə maraq artıb.


Vətəndaşlar isə hesab edirlər ki, evin kürsülü olması güclü yağışlar və subasma zamanı evdəki əşyaların zərər görməməsi baxımından müəyyən üstünlük yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin