Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Hazırda oxunan: Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

632326

Azərbaycan diasporunun liderlərindən biri Rusiyanın Perm vilayətində saxlanılıb.
 
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Ural Mash” teleqram kanalı məlumat yayıb.
 
Kanalın məlumatına görə, saxlanılan Ruslan Məmmədov adlı şəxsdir. Onun Rusiyada meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu bildirilir.
 

Qeyd olunub ki, Ruslan Məmmədov 2018-ci ildə deportasiya olunmuşdu, lakin sonradan adını dəyişərək yenidən Rusiyaya qayıdıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.


 Kanal yazır ki, Məmmədov Perm sakininə qarşı cinayət işini dayandırmaq üçün təhlükəsizlik işçilərinə pul təklif edib. Rüşvətxorluğa kömək etdiyinə görə cinayət işi açılıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin