Ukrayna ordusu Rusiyanın Perm şəhərində yerləşən neft emalı zavoduna (NEZ) zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
Ukraynanın dövlət başçısı gecə saatlarında Ukrayna PUA-larının sərhəddən 1600 kilometrdən çox məsafədə yerləşən Perm NEZ-i hədəf aldığını bildirib.
Onun sözlərinə görə, Volqoqrad vilayətindəki "Marinovka" hərbi aerodromuna da zərbə endirilib.
Qeyd edək ki, zərbənin hədəfi Lukoil şirkətinin nominal emal gücü gündə 37.514 ton və ya ildə 13,1 milyon ton olan Permnefteorgsintez Neft Emalı Zavodu (PNOS) olub. Zavod Rusiyanın ən böyük on neft emalı zavodundan biridir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:18 / 21.08.2026
Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO
632277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































