Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Hazırda oxunan: Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

632200

Xəbər verdiyimiz kimi, Abşeron rayonunda 31 yaşlı Rasif Abdullayevin ölümü ilə nəticələnən hadisə baş verib.

Bizim.Media Baku Tv-yə istinadla xəbər verir ki, o, tanımadığı şəxslərlə mübahisə edib və nəticədə qətlə yetirilib.

Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb.

“Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub – biri ürəyindən, digəri isə ciyərindən. Qonşulardan eşitmişik ki, bıçağı bura gətirən də, onu Rasifə verən də Ayxan olub”, – o deyib.
 

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı “Baku TV”nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin