Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

Hazırda oxunan: Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

631723

Kolumbiyada baş verən güclü zəlzələdən bir həftə sonra səmanın qırmızı və narıncı rəngə boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, avqustun 10-da ölkənin qərbində, Çoko bölgəsində San Xose del Palmar yaxınlığında 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
 

Təkanlar Kali, Pereyra və Manizales də daxil olmaqla bir sıra şəhərlərdə hiss olunub. Hadisədən günlər sonra yayılan görüntülərdə bəzi ərazilərdə gün batımı zamanı səmanın qeyri-adi dərəcədə qırmızı göründüyü əks olunub. Sosial şəbəkə istifadəçiləri bunu mümkün yeni seysmik aktivliklə əlaqələndirsələr də, belə bir iddianı təsdiqləyən elmi sübut yoxdur.


Mütəxəssislərə görə, günəş üfüqə yaxınlaşdıqda işıq atmosferdə daha uzun məsafə qət edir. Mavi işıq daha çox səpələndiyi üçün qırmızı və narıncı tonlar üstünlük təşkil edir. Toz, tüstü və atmosferdəki digər hissəciklər isə bu rəngləri daha da intensivləşdirə bilər.

Sosial şəbəkələrdə görüntülərin əlaqələndirildiyi Qaleras vulkanı Narinyo bölgəsində yerləşir və Kolumbiyanın Geoloji Xidməti tərəfindən mütəmadi izlənilir. Beləliklə, səmanın qırmızı rəng alması təkbaşına zəlzələ və ya yeni yeraltı təkanların əlaməti hesab edilmir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin