Qazaxıstanda təxminən 70 ildən sonra ilk dəfə Amur pələngi təbiətə buraxılıb.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, “Umit” adlı dişi Amur pələngi ölkənin İle-Balxaş Təbiət Qoruğuna yerləşdirilib.
Bu addım Mərkəzi Asiyada təxminən bir əsr əvvəl nəsli kəsilən Amur pələnglərinin sayını bərpa etmək proqramı çərçivəsində həyata keçirilib.
Pələng Rusiyadan gətirilib
Umit Rusiyadan Qazaxıstana gətirilən dörd Amur pələngindən biridir. Mütəxəssislər əvvəlcə onun yeni yaşayış mühitinə necə uyğunlaşdığını müşahidə edəcəklər.
Pələngin vəziyyəti və əraziyə uyğunlaşması qiymətləndirildikdən sonra digər üç pələngin də qoruğa buraxılması ilə bağlı qərar veriləcək.
Amur pələngi dünyanın ən nadir böyük pişik növlərindən biri hesab olunur. Qazaxıstanda bu növün bərpası Mərkəzi Asiyada pələnglərin yenidən məskunlaşdırılması məqsədi daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:28 / 08.08.2026
70 ildən sonra ilk dəfə nadir pələng növü təbiətə buraxıldı – VİDEO
Hazırda oxunan: 70 ildən sonra ilk dəfə nadir pələng növü təbiətə buraxıldı – VİDEO
Hazırda oxunan: 70 ildən sonra ilk dəfə nadir pələng növü təbiətə buraxıldı – VİDEO
629947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































