Bakıda 70 minlik oğurluq: Elektrik xətlərini sökərək... -ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda 70 minlik oğurluq: Elektrik xətlərini sökərək... -ANBAAN VİDEO

629796

Paytaxtın Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.


Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin