Mingəçevir sakini, 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalında boğularaq ölüb.
Bizim.Media “xezer.xeber.az”a istinadla xəbər verir ki, ailənin yeganə oğul övladı olan Nicat Şərifzadə kanalın üzərində yerləşən körpünün yanında suya daxil olub və həmin ərazidə də boğulub.
Onun axtarışlarına FHN-in xilasediləri cəlb edilib.
Qeyd edək ki, kanala düşərək boğulan 14 yaşlı yeniyetmə bir bacının yeganə qardaşı olub. O, bu il Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı orta məktəbin 9-cu sinfində təhsil alacaqdı.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media






































































































