Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Hazırda oxunan: Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

629354

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.

Bizim.Media “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.

Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.
 

Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.


Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin