Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına ballistik hücumu nəticəsində beş rayonda yanğınlar və dağıntılar qeydə alınıb.
Şevçenkovsk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib və təcili yardım avtomobilləri yanıb. Bir nəfər xəsarət alıb.
Hadisə yerlərində yanğınsöndürənlər və xilasedicilər işlərini davam etdirirlər.




Bizim.Media


































































































