“Aptekdə satılan bəzi dərmanların nəzarətsiz qəbulu ağır toksikomaniyaya səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə sertifikatlaşdırılmış kimyəvi asılılıq mütəxəssisi, “Restart” Reabilitasiya Mərkəzinin proqram rəhbəri Əjdər Bəşirov danışıb.
O bildirib ki, xüsusilə “Lyrica” (preqabalin - "Lirika"), tramadol və oxşar psixoaktiv təsirə malik preparatlardan istifadə ciddi fəsadlar yaradır:
“Bir çox insanlar bu tabletləri gün ərzində 5-10 dəfə qəbul edirlər. Bu, narkomaniyadan da ağır vəziyyət yarada bilər. “Lyrica”, preqabalin, tramadol kimi dərmanlardan istifadə etsələr də, özlərini narkotik asılılığı olan biri kimi qəbul etmirlər. Halbuki bunların hamısı psixoaktiv təsirə malik, asılılıq yarada bilən preparatlardır”, – deyə mütəxəssis bildirib.
Ə.Bəşirovun sözlərinə görə, bu preparatların nəzarətsiz istifadəsi qısa müddətdə həm psixoloji, həm də fiziki sağlamlığa ciddi zərər vurur:
“Bu dərmanlar psixologiyanı pozur, mədəyə və digər daxili orqanlara zərər verir. İnsan reallıq hissini itirir, lakin ən təhlükəli məqam odur ki, vəziyyətini problem kimi qəbul etmir. Bu artıq toksikomaniyadır və ondan qurtulmağın ən effektiv yolu peşəkar reabilitasiya proqramına müraciət etməkdir”. (Yeni sabah)
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:44 / 31.07.2026
“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: “Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO
Hazırda oxunan: “Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO
628563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































