Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb.
"Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

- A-
- A
- A+
Multimedia
11:38 / 31.07.2026
Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO
Hazırda oxunan: Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO
Hazırda oxunan: Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO
628541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































