İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Hazırda oxunan: İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

628489

İran ordusu kamikadze pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə Bəhreyn ərazisindəki ABŞ hərbi obyektlərinə hücum edib.

Bizim.Media “Fars” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
 

"Ordunun zərbə pilotsuz aparatları ABŞ terror ordusunun Bəhreyndəki "Şeyx İsa" bazasında yerləşən elektrik generatorlarını, naviqasiya sistemlərini, habelə inzibati və köməkçi qurğularını atəşə tutub", – deyə bəyanatda bildirilib.


İyulun 30-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Amerika pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarlara və aviasiya yanacağı çəninə də zərbələr endirib.

Hərbi birləşmənin mətbuat xidmətindən əlavə ediblər ki, ABŞ infrastrukturuna qarşı hücumlar Vaşinqton regiondan tamamilə çıxarılanadək davam edəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin