Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Hazırda oxunan: Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

628482

Rumıniyada özündən cəmi 20 santimetr məsafədə olan ayını hiss etməyən turist sosial şəbəkələrin ulduzuna çevrilib.

Bizim.Media xəbər verir ki, “Adevarul” nəşrinin yazdığına görə, hadisə iyulun 27-də baş verib və qonşu avtomobildəki turistlər tərəfindən videoya çəkilib.

Kadrlar dağ magistralında qeydə alınıb. Videoda kişinin arxası ayıya tərəf dayandığı və qayalıqlara baxdığı görünür. Bu zaman heyvan yavaş-yavaş ona yaxınlaşır, bir neçə santimetr məsafəyə qədər gəlir və hətta onun ayağını iyləyir.
 

Bütün bu müddət ərzində turist baş verənlərdən bixəbər hərəkətsiz qalır.  Yalnız ayı onun qarşısına keçdikdə, kişi qaçmağa başlayır. O isə yaxınlıqdakı maşının ətrafından dolanaraq öz avtomobilinə çatmağı bacarır. Bu zaman heyvan da turistin arxasınca qaçmağa başlayır.


Video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər kişinin ayını həqiqətən görmədiyini, yoxsa heyvanı qıcıqlandırmamaq üçün qəsdən hərəkətsiz qaldığını müzakirə ediblər.

Bəzi izləyicilər videonu çəkən şəxsi avtomobil siqnalı ilə ayını hürkməyə çalışmadığı üçün tənqid ediblər. Lakin yerli sakinlər qeyd ediblər ki, belə bir vəziyyətdə qəfil səs heyvanı qorxuda və onun davranışını daha təhlükəli edə bilərdi.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin