"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

Hazırda oxunan: "Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

627539

Rusiyanın "Soyuz" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılaraq Yerə dönüşə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.

Bildirilib ki, kosmik gəminin BKS-dən ayrılması Bakı vaxtı ilə saat 11:02-də plan üzrə həyata keçirilib.
 

Gəminin göyərtəsində rusiyalı kosmonavtlar Sergey Kud-Sverçkov, Sergey Mikayev və amerikalı astronavt Kristofer Uilyams var. Onlar BKS-də 74-cü uzunmüddətli ekspedisiyanın heyəti kimi 241 gün kosmosda fəaliyyət göstərdikdən sonra Yerə qayıdırlar


Məlumata görə, eniş kapsulunun atmosferin sıx qatlarına daxil olması Bakı vaxtı ilə saat 14:03-də, Qazaxıstanın Jezqazğan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enməsi isə saat 14:26-da planlaşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin