Robot təqdimat zamanı qəfil yıxıldı – ANBAAN VİDEO

Hazırda oxunan: Robot təqdimat zamanı qəfil yıxıldı – ANBAAN VİDEO

627520

Texnologiya şirkəti Qualcomm-un Dragonwing IQ10 robototexnika platformasının təqdimatı zamanı gözlənilməz hadisə baş verib.

Bizim.Media xəbər verir ki, səhnədə çıxış edən natiqin yanında dayanan humanoid robot qəfil söndürülərək yerə yıxılıb.

Məlumata görə, robot tamamilə sönməzdən əvvəl qısa müddətlik sanki yenidən aktivləşib, hətta əlini qaldırıb. Lakin dərhal sonra yenidən fəaliyyətini dayandıraraq səhnəyə yıxılıb.

Şirkət əməkdaşları robotu qısa zamanda səhnədən uzaqlaşdırıblar. Aparıcı isə baş verən nasazlığa baxmayaraq təqdimatı davam etdirib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər bunu zarafatla "maşınların üsyanı hələlik təxirə düşdü" ifadəsi ilə şərh ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin