Polşada baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, yerli sakin davamlı irad və tənqidlərindən sonra robot-tozsoranın zəif işlədiyini iddia edib.
Məlumata görə, qadın cihazın işindən tez-tez narazılığını bildirir, onu səslə idarəetmə sistemi vasitəsilə tənqid edirdi.
Bir müddət sonra isə robot-tozsoranın pilləkənlərdən düşərək sıradan çıxdığı bildirilir.
Hadisə sosial şəbəkələrdə zarafatla "robot-tozsoran intihar etdi" başlığı ilə yayılıb. Bununla belə, söhbətin texniki nasazlıqdan getdiyi, cihazın hər hansı şüurlu davranış nümayiş etdirməsinin mümkün olmadığı vurğulanır.
Bizim.Media




































































































