ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

Hazırda oxunan: ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

627397

ABŞ-ın LaGuardia Hava Limanında sərnişinlər gözlənilməz hadisə ilə üzləşiblər.

Bizim.Media xəbər verir ki, Spirit Airlines qeydiyyat məntəqəsinin yaxınlığında yenot tavandakı boş paneldən qəfil terminala düşüb.
 

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə heyvanın qısa müddət kabeldən asılı qaldıqdan sonra yerə düşdüyü, bunun ardınca isə sərnişinlər və hava limanı əməkdaşlarının təşviş içində ətrafa qaçdığı görünür.


Liman rəhbərliyinin məlumatına görə, hadisə səhər saat 08:00 radələrində baş verib. Yenot qısa müddət sonra təhlükəsiz şəkildə tutulub. Hadisə nəticəsində nə heyvan, nə sərnişinlər, nə də əməkdaşlar xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin