Venesuelada zəlzələdən 28 gün sonra əsl möcüzə baş verib.
Bizim.Media xəbər verir ki, xilasedicilər dağıntılar altından üç nəfəri - bir kişi, bir qadın və bir gənc qızı sağ vəziyyətdə çıxarıblar.
Sağ qalanlar təsadüfən ərzaq və su ehtiyatı tapdıqları bir otaqda sıxışıb qalıb və orada 28 gün keçiriblər. Onlara dərhal tibbi yardım, o cümlədən psixoloji dəstək göstərilib.
Qeyd edək ki, Venesueladakı zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir.
24 iyul tarixinə olan məlumata görə, dağıntılar altından təxminən 5500 cəsəd çıxarılıb. 10 000-dən çox insan hələ də itkin düşmüş hesab edildiyi üçün həlak olanların daha da artacağı ehtimal edilir.
Bizim.Media




























































































