Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

Hazırda oxunan: Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

627190

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 

Məlumata görə, iyulun 23-də saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində "VAZ-11173" markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.


"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırır.

Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.

Unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər", məlumatda deyilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin