Lavrov: Amerikalılar Ukrayna silahlarının Rusiyadakı hədəflərə yönəldilməsində birbaşa iştirak edirlər – VİDEO

Hazırda oxunan: Lavrov: Amerikalılar Ukrayna silahlarının Rusiyadakı hədəflərə yönəldilməsində birbaşa iştirak edirlər – VİDEO

626822

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukrayna silahlarının Rusiyadakı hədəflərə yönəldilməsində birbaşa iştirak etdiyini iddia edib.

Bizim.Media xəbər verir ki, Lavrov bununla yanaşı bir sıra digər açıqlamalar da verib:

ABŞ dövlət katibi Marko Rubio ilə görüşün artıq razılaşdırıldığını və sabah günün birinci yarısında keçiriləcəyini bildirib.

Moskvanın Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini Rubiodan dəqiqləşdirəcəyini deyib. Rusiya ABŞ-ın Ankoricdə irəli sürdüyü təkliflərdən imtina etmədiyini hesab edir.
 

Lavrov BMT-ni “Qara dəniz təşəbbüsü”nün həyata keçirilməsində birtərəfli davranmaqda ittiham edib. Onun sözlərinə görə, təşəbbüsün bərpası ilə bağlı Rusiyaya heç bir təklif daxil olmayıb.


Lavrov bildirib ki, ASEAN ölkələrinin əksəriyyəti Rusiyanın Ukrayna ilə bağlı mövqeyini anlayışla qarşılayır. Rusiya Almaniyanın nüvə silahına çıxış əldə etmək niyyətindən narahatdır.

O əlavə edib ki, Səudiyyə Ərəbistanının dinc məqsədlərlə uranı zənginləşdirmək üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin