Zelenski: Müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq – VİDEO

Hazırda oxunan: Zelenski: Müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq – VİDEO

626795

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krasnodar və Stavropol diyarlarında yerləşən bir sıra mühüm hədəflərin vurulduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələri Rusiya ordusunun pilotsuz uçuş aparatları üçün komponentlər, naviqasiya avadanlıqları və digər texnikanın təchizatında istifadə olunan logistika mərkəzlərini, həmçinin daha bir neft bazasını hədəfə alıb.

Prezident əlavə edib ki, Qara və Azov dənizlərinin akvatoriyalarında Rusiyanın “kölgə donanması”na aid bir tanker və dörd yük gəmisi də vurulub.

Zelenski bu əməliyyatlara görə Ukrayna Müdafiə Qüvvələrinin hərbçilərinə təşəkkür edərək bildirib:

“Biz müharibəni tamamilə haqlı olaraq Rusiyanın öz ərazisinə qaytarırıq”.

O vurğulayıb ki, sülhə ehtiyac var və Ukrayna Rusiya tərəfinə bütün təkliflərini təqdim edib:

“Onları diplomatiyaya müraciət etməyə məcbur etmək lazımdır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin