“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Hazırda oxunan: “Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

626778

Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik çatdırmaq üçün pişikdən istifadə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti (FSIN) məlumat yayıb.

Narkotik maddə keçirmək üçün istifadə olunan pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.
 

Məlumata görə, "tüklü cinayətkar"ın boynuna əl işi olan iki parça boyunbağı bağlanıb. Məhbuslar üçün nəzərdə tutulduğu bildirilən qadağan olunmuş maddələr həmin boyunbağıların içərisində gizlədilib.


Həbsxana işçiləri pişiyi müəssisəyə girməzdən əvvəl görüblər. Heyvan tutulub və boynuqları müsadirə edilib. Hadisə yerinə çağırılan təhlükəsizlik əməkdaşları və xidməti it boyunbağılara baxış keçirib və onların içərisində narkotik maddələrin olduğunu müəyyən ediblər.

FSIN nümayəndələri qeyd ediblər ki, pişik müayinədən keçirildikdən sonra ona heç bir zərər dəymədən sərbəst buraxılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin