İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.
"Küveytin Əl-Doha hərbi bazasında yerləşən Amerika ordusunun sursat anbarlarına və quru qoşunlarının logistik idarəetmə mərkəzinə PUA ilə zərbə endirilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Küveytin paytaxtının (Küveyt) sahilyanı rayonu olan Əl-Doha ABŞ-nin ən mühüm hərbi bazalarından biridir:
"Əl-Doha həmçinin Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbçiləri üçün dəstək mərkəzidir. Burada ABŞ quru qoşunları, eləcə də hərbi dəniz qüvvələri, aviasiyasının texnika və şəxsi heyəti yerləşdirilib".
Xatırladaq ki, ABŞ ordusu İrandakı hərbi hədəflərə zərbələr endirib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
09:29 / 22.07.2026
SEPAH ABŞ-ın Küveytdəki bazasını belə vurdu – VİDEO
Hazırda oxunan: SEPAH ABŞ-ın Küveytdəki bazasını belə vurdu – VİDEO
Hazırda oxunan: SEPAH ABŞ-ın Küveytdəki bazasını belə vurdu – VİDEO
626747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































