Sakinlər onun xilası üçün nazirliyə zəng etdilər– Video

Hazırda oxunan: Sakinlər onun xilası üçün nazirliyə zəng etdilər– Video

626404

Xaçmaz şəhərində iki divarın arasında sıxılıb qalan sahibsiz itin vəziyyəti ətrafdakı sakinlərin diqqətini çəkib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hərəkət etmək imkanı olmayan, köməksiz halda qalan heyvanın iniltilərini eşidən insanlar onu xilas etməyə çalışsalar da, cəhdləri nəticəsiz qalıb.
 

Hadisə şahidləri yardıma Fövqəladə Hallar Nazirliyini çağırıblar. Qısa müddətdə hadisə yerinə çatan FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri vəziyyəti operativ qiymətləndirərək xüsusi xilasetmə avadanlıqlarından istifadə ilə iki divarın arasında sıxılmış iti təhlükəsiz şəkildə azad ediblər.


Xilasedicilər heyvanı azad etdikdən sonra ona su və qida veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin