ABŞ dövlət katibi Marko Rubio İran hakimiyyətini ölkənin maliyyə resurslarını terrorçu qruplaşmaların dəstəklənməsinə yönəltməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, Rubio bildirib ki, İranın bugünkü ağır vəziyyətinin əsas səbəblərindən biri əldə etdiyi vəsaiti ölkənin inkişafına deyil, xaricdəki silahlı qruplara sərf etməsidir.
Onun sözlərinə görə, Tehran sanksiyaların yumşaldılması və neft ixracından əldə etdiyi gəlirləri "Hizbullah" və HƏMAS kimi qrupların maliyyələşdirilməsinə yönəldir.
ABŞ dövlət katibi qeyd edib ki, İran bu milyardlarla dolları öz iqtisadiyyatının və vətəndaşlarının rifahının yaxşılaşdırılmasına sərf etməli idi, lakin bunun əvəzinə terrorizmin maliyyələşdirilməsinə üstünlük verir.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
14:43 / 20.07.2026
Rubio: İran milyardlarını ölkənin inkişafına deyil, terror qruplarına xərcləyir – VİDEO
Hazırda oxunan: Rubio: İran milyardlarını ölkənin inkişafına deyil, terror qruplarına xərcləyir – VİDEO
Hazırda oxunan: Rubio: İran milyardlarını ölkənin inkişafına deyil, terror qruplarına xərcləyir – VİDEO
626386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































