Çin süni intellekt sahəsində yeni beynəlxalq əməkdaşlıq platformasının yaradıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında bildirib.
Onun sözlərinə görə, Pekinin təşəbbüsü ilə yaradılan koalisiyaya artıq 29 dövlət, o cümlədən Rusiya, Braziliya, Belarus, İndoneziya və Qazaxıstan qoşulub.
Si Cinpin çıxışında açıq texnologiyaların və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq bildirib ki, süni intellektin inkişafı qlobal əməkdaşlıq əsasında həyata keçirilməlidir.
Çin lideri eyni zamanda təhlükəsizlik məsələlərinə də diqqət çəkib. O qeyd edib ki, koalisiya iştirakçıları vahid normativ baza formalaşdırmalı, risklərin monitorinqi və erkən xəbərdarlıq sistemləri yaratmalı, süni intellekt texnologiyalarının insan nəzarəti altında qalmasını təmin etməlidirlər.
Bizim.Media






































































































