İstanbul sahillərində dron qalıqları aşkarlandı – VİDEO

Hazırda oxunan: İstanbul sahillərində dron qalıqları aşkarlandı – VİDEO

626380

Türkiyənin Qara dəniz sahillərində kamikadze dronunun qalıqları aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə IHA xəbər agentliyi məlumat yayıb.
 

PUA-nın partlayıcı maddələr daşıdığı vurğulanıb. Dron İstanbul sahillərində, Karaburun rayonunda yerə düşüb.


Hadisə yerinə gələn Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri idarə olunan partlayış həyata keçirərək dronu zərərsizləşdirib.

Qalıqlar texniki müayinə üçün Ankaraya göndərilib.

Qeyd etmək lazımdır ki, bu, Türkiyə sahillərində döyüş dronlarının aşkarlanması ilk dəfə deyil. Türkiyənin Qara dəniz əyalətləri olan Samsun, Trabzon və Kastamonuda dəfələrlə dron müşahidə edilib.


Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin