ABŞ prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisinin mükafatlandırma mərasimində davranışı ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, mükafatlandırma zamanı FIFA prezidenti Canni İnfantino Trampdan kənara çəkilərək komandanın xatirə fotosuna mane olmamağı xahiş edib.
Lakin yayılan görüntülərə görə, ABŞ prezidenti meydanı tərk etməyib və ispan futbolçularının yanında dayanaraq komandanın ümumi şəkillərində iştirak edib.
Diqqət çəkən məqamlardan biri də İspaniya kralı VI Felipe mükafatlandırma mərasimində iştirak etsə də, futbolçuların xatirə fotosuna daxil olmaması olub.
Donald Trampın davranışı sosial şəbəkələrdə geniş müzakirələrə və çoxsaylı şərhlərə səbəb olub.
Bizim.Media






































































































