Çinin Sindao şəhərində fəaliyyətə başlayan qeyri-adi "pivə yanacaqdoldurma məntəqəsi" ziyarətçilərin böyük marağına səbəb olub.
Bizim.Media xəbər verir ki, "Benzin" əvəzinə pivənin təqdim olunduğu məntəqə beynəlxalq Sindao Pivə Festivalı çərçivəsində qurulub.
Məkan adi yanacaqdoldurma məntəqəsi üslubunda tərtib edilib: yanacaq kolonlarının yerini pivə paylayıcı qurğular, tapançaların yerini isə pivə kranları tutub.
Ziyarətçilər içkini QR kod vasitəsilə sifariş edir, bundan sonra əməkdaş onlara təzə və soyudulmuş pivə təqdim edir.
Festival iştirakçılarına ümumilikdə yeddi növ pivə təklif olunur. Qeyri-adi konsepsiya qısa müddətdə şəhər sakinləri və turistlər arasında böyük maraq doğurub.
Bizim.Media





































































































