İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalınçaq kəndində qeydə alınıb.Belə ki,kənd sakini 1976-ci il təvəllüdlü Əliyev Xosrov Tahir oğluna məxsus tövlə və tövlədə olan 500 kq ot bağlaması yanıb.
Hadisə yerinə dərhal İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürlüb və günişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
































































































