ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

Hazırda oxunan: ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

625809

ABŞ-nin Texas ştatında güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, aramsız yağan yağışlar ştatın bir çox yaşayış məntəqələrini su altında qoyub.
 

Fövqəladə hallar xidmətinin əməkdaşları indiyədək su basmış evlərdən və nəqliyyat vasitələrindən sakinlərin təxliyə edilməsi məqsədilə 230-dan çox xüsusi xilasetmə əməliyyatı gerçəkləşdiriblər.


Hazırda təbii fəlakət bölgəsində vəziyyətin nəzarətə götürülməsi üçün geniş qüvvə səfərbər olunub.

Əməliyyatlara 2300-dək xilasedici personal, habelə onlarla xüsusi qayıq, helikopter və ağır xüsusi texnika cəlb edilib. Sinoptiklər bəzi ərazilərdə yağıntıların hələ bir müddət də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin