OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

Hazırda oxunan: OpenAI bunu da bacardı: Süni intellekt üçün xüsusi klaviatura - FOTO -VİDEO

625623

OpenAI şirkəti dizayn studiyası "Work Louder" ilə əməkdaşlıq edərək, süni intellektlə idarəetmə üçün hazırladığı ilk qurğusunu – "Codex Micro" klaviaturasını nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, klaviatura 6 ədəd şəffaf və LED işıqlandırmalı düymə ilə təchiz olunub.

Bu düymələr "Codex" sistemindəki agentlərin vəziyyətini göstərir.

İstifadəçilər kod dəyişikliklərini təsdiqləmək və ya rədd etmək, eləcə də səsli daxiletmə funksiyalarını bu düymələrə əlavə edə bilərlər.

Qurğuda süni intellekt modelinin "düşüncə" səviyyəsini tənzimləyən fırlanan idarəedici və iş prosesləri arasında sürətli keçid üçün nəzərdə tutulan coystik mövcuddur.

"Codex Micro" artıq OpenAI və "Work Louder" saytlarında 230 dollara (təxminən 17,9 min rubl) satışa çıxarılıb.

Məlumata görə, OpenAI ilin sonunadək Apple şirkətinin keçmiş baş dizayneri Coni Ayv ilə birgə hazırladığı yeni bir cihazı da təqdim etməyi planlaşdırır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin