Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ – VİDEO

620754

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa rəhbərliyinə iki ölkə arasındakı gərginliyin təhlükəli həddə çatdığı barədə xəbərdarlıq edib. O, anti-Ukrayna ritorikasının cəmiyyəti radikallaşdırdığını və bunun gələcəkdə Rusiya ilə olan münasibətlərə bənzər fəlakətli ssenariyə yol aça biləcəyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "TSN" telekanalına verdiyi müsahibədə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Orden qalmaqalının TARİXİ KÖKLƏRİ - Polşa və Ukrayna arasında nə BAŞ VERİR?


Zelenski iki ölkə arasında yaranan çatları və Varşavanın son addımlarını bu sözlərlə şərh edib:

"Biz Polşa ilə tərəfdaş və ya dost olmaya bilmərik, çünki qonşuyuq. Əgər sən tərəfdaş deyilsənsə, dost deyilsənsə, onda bəs kimsən? İllər və onilliklər keçdikcə bu yanaşma ruslarla aramızda olan vəziyyətə — hörmətsizliyə, təcavüzə və cəmiyyətin radikallaşmasına çevrilir".

Prezident Polşa siyasətçilərinin daxili reytinq xatirinə nifrət toxumu səpməsini kəskin pisləyib:

"Cəmiyyəti radikallaşdırmaq nəyə gətirib çıxarır? Reytinqlərə. Siyasi qazanclara. Bu, çox pis və çox təhlükəli bir eskalasiya (gərginləşmə) ilə başa çata biləcək bir siyasi mübarizədir. Hesab edirəm ki, nifrət üzərindən siyasi xallar və ya dividendlər qazanmaq olmaz. Çünki uzunmüddətli perspektivdə bu, ölkələr və xalqlar arasında münasibətlərin tamamilə korlanmasına səbəb olacaq".
 

Xatırladaq ki, iyunun 19-da Polşa Prezidenti Karol Navrotski Ukrayna tərəfinin Ukrayna Üsyan Ordusunu (UPA) qəhrəmanlaşdırmasını əsas gətirərək, Volodimir Zelenskini Polşanın ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmişdi. Cavab olaraq, Zelenski həmin ordeni poçt vasitəsilə Polşaya geri göndərib. İyunun 20-də isə Ukraynanın eks-prezidenti Leonid Kuçma da analoji addım ataraq Polşanın dövlət mükafatından imtina etdiyini açıqlayıb.


Polşa lideri Karol Navrotski rəsmi Varşavanın bu qərarını polşalıların tarixi yaddaşı ilə əlaqələndirsə də, vurğulayıb ki, bu addım Polşanın Rusiya ilə münaqişədə Ukraynaya göstərdiyi ümumi hərbi və strateji dəstəyə təsir etməyəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin