"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq? Varis olaraq oğlu yaşayır. Əlisəttar müəllimin filmlərindən müəyyən qədər məvacib yığılıb".
Bizim.Media xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Əlisəttar Atakişiyevin yaxın qohumu Aqşin Mirfeyzullazadə deyib.
O daha sonra əlavə edib:
"Əlisəttar Atakişiyevin oğlu Xəlil Atakişiyevin 90-dan çox yaşı var. İnanmıram o bu yaşda Kanadadan Azərbaycana səfər etsin. Bilirsiniz ki, bu il Əlisəttar Atakişiyevin 120 illiyidir. Əslində onun yubileyi Heydər Əliyev Sarayında qeyd edilsə, çox yaxşı olar.
Bunun üçün aidiyyəti qurumlara müraciət etmişəm və cavab gözləyirəm. Amma onun qızı, yəni Əlisəttar Atakişiyevin nəvəsi Vera xanım Bakıya gəlmək istəyir. Vera xanımla müntəzəm olaraq əlaqə saxlayırıq. O, babasının dahi bir rejissor və Bakıda çoxlu qohumunun olduğunu bilir".
Bizim.Media





























































































