Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bizim.Media-ya özəl açıqlamasında bu barədə danışıb.
O bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.
Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib.
Qeyd edək ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Fəridə, Bizim.Media





























































































