Tanınmış xanəndə, Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov dünyasını dəyişib.
Bizim.Media “unikal.az”a istinadla xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.
Qalib Məlikov yaradıcılığı dövründə yüzlərlə tamaşada müxtəlif və yaddaqalan obrazlar canlandıraraq teatr sənətinə öz töhfəsini verib.
Qalib Məlikov eyni zamanda kinoda da fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun “Bərə” filmində ata obrazını uğurla canlandıraraq tamaşaçıların yaddaşında qalıb.
Qeyd edək ki, Qalib Məlikov 21 may 1971-ci ildə Salyan rayonunda anadan olub.

Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
23:18 / 15.06.2026
Tanınmış xanəndə dünyasını dəyişdi
Hazırda oxunan: Tanınmış xanəndə dünyasını dəyişdi
Hazırda oxunan: Tanınmış xanəndə dünyasını dəyişdi
619496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































