Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Hazırda oxunan: Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

618538

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur.

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Bildirib ki, kitabxana sahəsində işə yalnız ali təhsilli şəxslərin cəlb olunması əsas hədəflərdən biridir.
 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə bildirib ki, Azərbaycanda kitabların yarıdan çoxu Kiril əlifbasındadır. Onun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 %-i Kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır.


Fərid Cəfərov həmçinin əlavə edib ki, kitabxanaların təxminən 80 %-nin internetə çıxışı yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin