VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında şair-publisist, tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, onun məqalə və əsərləri Azərbaycanla yanaşı Türkiyə, Rusiya və İranda da dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Beş kitabın müəllifi olan Naibə Əliyeva oxucuları ilə görüşdü – FOTO
Müəllifin tədqiqatçı kimi ərsəyə gətirdiyi "Qədim Alpan və Albanlar”, “Yaralı Varlığımız”, “Üçüncü nöqtə”, “Alpan Türk Yurdu” kitabları ilə qədim türk və alban tarixinin gələcək nəsillərə ötürülməsində rol oynayıb.
Festivalda onun da məqalələrinin yer aldığı "Alpan-Alban türk yurdu" tarixi, publisistik, tərənnüm və tanıtım yönümlü toplu oxucuların diqqətini çəkib. Toplu 5-ci dəfədir nəşr olunur.
Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media































































































