Moderator.az saytı vaxtilə sevilən məşhurlar olmasına baxmayaraq, hazırda unudulan sənətçilərin bir qismini (həm də çox az qismini) təqdim edir:

Əbülfət Əliyev ”“ Respublikanın xalq artisti Əbülfət Əliyev Azərbaycan opera səhnəsində Məcnun, Kərəm, Aşıq Qərib kimi əsas rolları ifa edib. Onun özünəməxsus ifa tərzi, muğamları tamam fərqli üslubda səsləndirməsi başqa müğənnilərin arasında seçilməsinə səbəb oldu. Amma çox təəssüf ki, “Bayatı şiraz”x9d təsnifinin ən gözəl ifaçılarından olan Ə.Əliyev bu gün layiq olduğu qədər xatırlanmır.xa0xa0

Nərminə Məmmədova - Kərkük xalq musiqiləri, xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan Nərminə Məmmədova çox təəssüf ki, bu gün o qədər də xatırlanmır. Amma onun təkcə Sinan Səidlə oxuduğu “Axşam olur”x9d, “Evlərinin önü yonca”x9dxa0 kimi kərkük mahnıları Nərminə Məmmədovanı Azərbaycan musiqi tarixində saxlamağa bəs edirdi. Sağlığında heç bir fəxri ad almayan müğənni 1997-ci ildə ürək tutmasından vəfat edib. Mərhumun yeganə övladı Sevinc Qiyasbəyli hazırda tibb elmləri doktorudur.xa0xa0

Xeyransa Məmmədova ”“ Cəmi 29 yaşında vəfat edən bu xanım müğənnixa0 qısa həyatında özünü yaxşı mənada fərqləndirməyi bacardı. Ondan daha böyük nailiyyətlər gözləyirdilər. Amma gənc xanım ailə həyatını daha üstün tutdu. Şəkər xəstəliyinə görə həkimlər ona ana olmağa icazə vermirdilər. Amma o, ana olmağa üstünlük verdi və uşaq dünyaya gətirən zamanvəfat etdi.xa0

Fatma Mehrəliyeva- Sağlığında yalnız əməkdar artist adına layiq görülən mərhum müğənni əsasən “Kəsmə şikəstə”x9d ifası ilə daha çox məşhurdur. Amma o ən çox ağır müharibə illərində əsgərlərin qarşısında verdiyi konsert proqramı diqqəti cəlb edib. “Arşın mal alan”x9d filminin birinci variantında Telli rolunu ifa edən müğənni bu gün müharibə zamanı əsgərlər qarşısında musiqilər ifa edən başqa müğənnilər - Sara Qədimova, Bülbül, Şövkət Ələkbərova kimi xatırlanmır.

Nəzakət Məmmədova - Bu xanım müğənni də çox qısa ömür yaşadı.xa0 Buna baxmayaraq bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi.xa0
Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi-bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.xa0xa0

Bahadur Mehralıoğlu - Bu xanəndə çox təəssüflər olsun ki, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinksi, Bülbül kimi məşhur Qarabağ xanəndələri ilə yanaşı xatırlanmır. Amma muğamda ən böyük məktəblərdən biri də bu sənət xadiminə aiddir. Sara Qədimova, Mütəllim Mütəllimov, Şahmalı Kürdoğlu, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova onun muğam yolundan bəhrələniblər.

Firudin Mehdiyev - Özünəməxsus ifa tərzinə, səs tembrinəxa0 malik olan Firudin Mehdiyev də bu gün layiq olduğu qədər xatırlanmır. “Böyük dayaq “ filmində Yastı Salman kimi tanıdığımız müğənni əsasən film musiqilərini ifa edərdi. Əməkdar artist adına layiq görülən Firudin Mehdiyev həm opera, həm də kino tarixində bu gün də xatırlanmasına səbəb olacaq işlər görüb.

Gülxar Həsənova - Əsasən opera musiqilərini ifa edən Gülxar Həsənova Azərbaycanın xalq artisti adına da layiq görülüb. O, “Şah İsmayıl”x9d, “Aşıq Qərib”x9d, “Bahadur və Sona”x9d, “Koroğlu”x9d kimi operalarda əsas rolları ifa edib. Bir çox filmlərin musiqisini səsləndirib. Aktyorlar Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anası, aktrisa Gülşən Qurbanovanın isə ögey anasıdır.xa0

Qulu Əsgərov - Məlahətli səsi ilə seçilən Qulu Əsgərov Azərbaycan xalq, bəstəkar və opera musiqilərinin mahir ifası ilə seçilir. Çox təəsüf ki, bu sənətkar hazırda layiq olduğu qədər də xatırlanmır.
Elmin Nuri
































































































