“Vətən qeyrətli qadın hökmdarımız - Tomris”x9d mövzusunda konfrans keçiriləcək

Hazırda oxunan: “Vətən qeyrətli qadın hökmdarımız - Tomris”x9d mövzusunda konfrans keçiriləcək

119988
Fevralın 11-də saat 14:00-da Nizami rayonundakı Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq”x9d layihəsi çərçivəsində “Vətən qeyrətli qadın hökmdarımız - Tomris”x9d mövzusunda konfrans keçiriləcək.

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq”x9d layihəsinin rəhbəri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, layihənin təşkilat komitəsinin sədri isə 313 nömrəli tam orta məktəbin tarix müəllimi Araz Şamildir.

Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə sahib çıxmaq və tarixi şəxsiyyətlərimizi olduğu kimi təqdim və təbliğ etməkdir.

Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq”x9d layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və Şah Təhmasib Səfəviyə həsr olunmuş konfranslar keçirilib...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin